Cümə axşamı, 11 İyun, 2026
Tarix: 30 Jan 2026 09:27
Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Emin Şirvanzadə dəm qazı ŞəmkirMənbə: apa.az