"Azərkosmos"un ixrac gəlirləri azalıb

Tarix: 30 Jan 2026 10:56

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,2 % azdır.

12 ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.

Ötən ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə illik müqayisədə 6,3% çoxdur.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 1,3 milyon ABŞ dolları ilə İsveç, 861 min ABŞ dolları ilə Türkiyə, 823,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Əşrəf Mehdiyev azərkosmos ixrac statistika gəlir

Xəbər Lenti