Xəzərdə gəmiyə su dolub, 32 nəfər təxliyə edilib

Xəzərdə gəmiyə su dolub, 32 nəfər təxliyə edilib

Tarix: 26 Jan 2024 22:49

Bu gün saat 21.00 radələrində sahildən 30 km aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) APA-ya bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.

Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

“PS 173” gəmisi isə hadisə ərazisinə gələn “ Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.

Mənbə: apa.az

Xəbər Lenti