Cümə, 30 Yanvar, 2026
Tarix: 30 Jan 2026 18:40
Bu gün yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanın püskürməsi qeydə alınıb.
APA xəbər verir ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.
***
17:38
Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
https://t.me/apa_az/112823
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib.
Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub.
Əlibəy Zeynallı Hacıqabul Haramı dağı palçıq vulkanı