Ağdamda maşın aşıb, xəsarət alan var - FOTO

Tarix: 30 Jan 2026 17:53

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Hindarx-Ağdam yolunun Evoğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan "Toyota" markalı nəqliyyat vasitəsi yol kənarına aşıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxs Ağdam rayon mərkəzi xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Ağdam yol qəzası

Xəbər Lenti