Göygöldə 34 yaşlı kişi kəsici alətdən xəsarət alıb

Tarix: 01 Feb 2026 16:46

Göygöl sakini kəsici alətdən xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Topalhəsənli kənd sakini 1992-ci il təvəllüdlü O.Həsənov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 34 yaşlı xəstəyə yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Xəbər Lenti