Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 22 Nov 2023 22:07
Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, yolu keçmək istəyən Şabran rayon sakini Elnur Zeynalovu avtomobil vurub. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az