Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 28 Jan 2024 12:39
4 ay komada qalaraq şəhid olan hərbçimizin bu gün dəfn edilməsi nəzərdə tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlunun cənazəsi Bakı şəhərindən doğulduğu Tovuz rayonun Qaraxanlı kəndində gətirilir.
Hazırda şəhidimiz yaşadığı evə kənd sakinləri və yaxınları toplaşıb.
***
11:08
19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı çəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur. O, MAXE (müddətdən artıq xidmət edən) olub.
Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.
Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.



Mənbə: apa.az