Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Feb 2026 11:41
2-6 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir
Emin Şirvanzadə Pirəkəşkül Ağdərə istifadəyə yararsız döyüş sursatları