Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 28 Jan 2024 19:52
İmişlidə 29 yaşlı kişi göldə boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az