Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub, 3 nəfər xəsarət alıb - VİDEO

Tarix: 02 Feb 2026 17:01

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

https://t.me/apa_az/112929

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Gəncə kanalizasiya xətti təmir partlayış xəsarət

Xəbər Lenti