Gəncədə kanalizasiya quyusunda təmir zamanı partlayış olub, 3 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Tarix: 02 Feb 2026 17:55

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar fevralın 2-də saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib: "Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir".

***

17.01

Gəncədə kanalizasiya quyusunda təmir zamanı partlayış baş verib.

https://t.me/apa_az/112929

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qeydə alınıb. Qaynaq qığılcımları quyuya düşüb və bu zaman orada yığılan qaz partlayışa səbəb olub. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Gəncə kanalizasiya xətti təmir partlayış xəsarət

Xəbər Lenti