Zaqatalada yol qəzasında iki qardaş və daha iki nəfər xəsarət alıb

Tarix: 03 Feb 2026 13:58

Zaqatalada yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər - Aşağı Çardaqlar kənd sakinləri, 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

V.Sofiyev və R.Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov Zaqatala yol qəzası xəsarət

Xəbər Lenti