Sumqayıtda evdə meyit tapılıb

Tarix: 03 Feb 2026 15:08

Sumqayıtda evdə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi hadisə ölmü faktı meyit

Xəbər Lenti