Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub

Tarix: 03 Feb 2026 16:19

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

APA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarabəyli Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Selcan Zaurqızı Hərbi Prokurorluq

Xəbər Lenti