Bakıda taxta bazarı yanır - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO - YENİLƏNİB

Tarix: 23 Nov 2023 06:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

06.04

Bakının Nərimanov rayonunda güclü yanğın hadisəsi başlayıb.

APA xəbər verir ki, hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.

Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-nin 10 texnikası cəlb edilib.

https://t.me/apa_az/78752

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti