İnşaat materialları bazarında yanğın zamanı işçilər xəsarət alıb

İnşaat materialları bazarında yanğın zamanı işçilər xəsarət alıb

Tarix: 23 Nov 2023 08:19

Yanğın zamanı işçilər arasında xəsarət alanlar var.

APA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

O bildirib ki, yanğının sahəsi 4000 kv metrə yaxındır:

"Yanğınla bağlı ayrı-ayrı mənbələr var. Yanan taxtaların oradan çıxarılması çətinlik yaradır. Çünki yüksək tempratur var. Xüsusi texnikalar işləyə bilmir. Hal-hazırda biz tempraturu aşağı salmağa çalışırıq ki, əməkdaşlarımız rahat işləyə bilsin".

Mənbə: apa.az

Xəbər Lenti