Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq gücləndiriləcək

Tarix: 04 Feb 2026 12:31

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov Pakistanda səfər edib.

APA xəbər verir ki, bu barədə Pakistan donanmasının “X” hesabında məlumat verilib.

İslamabad Hərbi Hava Qüvvələrinin qərargahında olan Şahin Məmmədov Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Navid Əşrəflə görüşüb.

HDQ komandanları təhlükəsizliyi, təlimlər və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Eyni zamanda, Azərbaycan və Pakistan Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.

Toğrul Quluzadə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandan Şahin Məmmədov Pakistan

Xəbər Lenti