Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub - YENİLƏNİB - VİDEO

Tarix: 05 Feb 2026 11:12

Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.

İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Bu gün tədris prosesi fasiləsiz şəkildə davam edir.

***

09:45

Masallıda məktəbdə yanğın olub.

https://t.me/apa_az/113056

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.

Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.

Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.

Əlavə məlumat veriləcək.

İlkin Rzayev Masallı məktəb yanğın

Xəbər Lenti