Ağcabədidə 7 yaşlı uşaq bıçaqlanıb

Tarix: 05 Feb 2026 12:36

Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Elgün Gəncimsoy Ağcabədi bıçaq xəsarət

Xəbər Lenti