Xaçmazda qatarla avtomobil toqquşub, ölən var

Tarix: 05 Feb 2026 12:24

Xaçmaz rayonunun Nərəcan kəndində dəmir yolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, qatar dəmir yolu keçidini keçən "VAZ" markalı minik avtomobilini vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.

Cəfər Talıb Xaçmaz qatar yol qəzası ölüm faktı

Xəbər Lenti