Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 19:12
Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
APA xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Günay Elşən Hava proqnoz duman Milli Hidrometerologiya Xidməti