Cümə, 6 Ferval, 2026
Tarix: 05 Feb 2026 23:55
Türkiyə Kubokunda III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, C qrupunda “Fənərbaxça” öz meydanında I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. Oyun "sarı-lacivərdlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin qollarını Marko Asensio və Anderson Taliska (2) vurub.