Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 17:52
Tovuzda evdə meyiti tapılan 84 yaşlı kişi sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1942-ci il təvəllüdlü C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
17.06
Tovuzda evdə meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Evdə yanmış meyit aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Tovuz ölüm faktı dəm qazı



