“Fənərbaxça”nın AL üçün iştirak ərizəsi bəlli olub

Tarix: 06 Feb 2026 21:06

"Fənərbaxça"nın UEFA Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi bəlli olub.

Apasport.az xəbər verir ki, klub yenilənmiş siyahını UEFA-ya bildirib.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yeni iştirak ərizəsində qış transfer pəncərəsində komandaya qoşulan 3 oyunçunun da adı yer alıb. Bunlar Nqolo Kante, Sidiki Şerif və Mateo Genduzidir.

Qeyd edək ki, Türkiyə klubu pley-off mərhələsində "Nottingem Forest"lə qarşılaşacaq.

ApaSport

Xəbər Lenti