Füzulidə qanunsuz tikili sökülüb - VİDEO

Tarix: 07 Feb 2026 10:19

Füzulidə qanunsuz tikili sökülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Böyük Bəhmənli kəndi ərazisində fiziki şəxs Aydınov Fuad Əbülfət oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi qanunsuz tikili

Xəbər Lenti