Allahşükür Paşazadə Vatikana səfər edəcək

Tarix: 07 Feb 2026 11:33

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

Bu barədə APA-ya QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Günay Elşən Qafqaz Müsəlmanları İdarəsi QMİ Allahşükür Paşazadə Vatikan Roma XIV Leo

Xəbər Lenti