Şənbə, 7 Ferval, 2026
Tarix: 07 Feb 2026 12:20
Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, Pensərçayın Vaqo kəndindən keçən hissəsində qurulan beton bəndlər dağılaraq torpaq qatı ilə birlikdə çaya tökülüb.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Bildirilib ki, problemin qısa müdətdə həll edilməsi planlaşdırılır.
İlkin Rzayev Astara torpaq sürüşməsi


