Şənbə, 7 Ferval, 2026
Tarix: 07 Feb 2026 15:38
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mehdiyev tutulub.
APA-nın yerli müxbiri xəbər verir ki, onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R. Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Elgün Gəncimsoy Tərtər narkotik həbs