, 1 Mart, 2026
Tarix: 07 Feb 2026 21:57
İspaniya La Liqasında növbəti oyun keçirilib. APA xəbər verir ki, "Barselona" öz meydanında "Malyorka"nı 3:0 hesabı ilə məğlub edib.
Görüşdə hesab 29-cu dəqiqədə Robert Levandovskinin qolu ilə açılıb. 61-ci dəqiqədə Lamin Yamal fərqlənib. Qarşılaşmada son nöqtəni 83-cü dəqiqədə Mark Bernal qoyub.