Sabirabadda kənd tibb məntəqəsində yanğın olub

Sabirabadda kənd tibb məntəqəsində yanğın olub

Tarix: 31 Jan 2024 15:51

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.

Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti