Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, ölən və xəsarət alanlar var

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, ölən və xəsarət alanlar var

Tarix: 23 Nov 2023 14:00

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.

Yas mərasimi olan ev köhnə tikili olduğundan evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.

Mənbə: apa.az

Xəbər Lenti