, 8 Ferval, 2026
Tarix: 08 Feb 2026 20:01
Türkiyə Super Liqasında XXI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Başakşəhər” səfərdə “Eyüpspor”la üz-üzə gəlib.
Gərgin keçən matçda azarkeşlər üç qolun şahidi olublar. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyununda lider “Qalatasaray” səfərdə “Rizəspor”u məğlub edib. Barış Alper Yılmaz, Yunus Akgün və Viktor Osimhenin vurduğu qollarla İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
“Konyaspor” – “Göztəpə” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.
Türkiyə Super Liqası “Qalatasaray” “Başakşəhər”