Nazir müavini: Kibertəhlükəsizliyin gücləndirilməsi üçün sistemli tədbirlər görülür

Tarix: 09 Feb 2026 10:42

Son illər ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişafsiyasəti çərçivəsində rəqəmsal inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilib.

“APA-Econimics” xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib. O qeyd edib ki, rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında geniş imkanlar yaradır: “Eyni zamanda, rəqəmsallaşma ilə paralel olaraq informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına, məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə səbəb olur.

Bu baxımdan, dövlət orqanlarının, özəl sektorun vəvətəndaşların rəqəmsal təhlükəsizliyə məsuliyyətli yanaşması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir”.

S.Məmmədov deyib ki, hazırda ölkə səviyyəsində dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir:

“Bu tədbirlər normativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusional potensialıngücləndirilməsi və insan kapitalının inkişafını əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqusttarixli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası” bu sahədə fəaliyyətinstrateji planlaşdırılmasını və mərhələli şəkildə icrasını nəzərdə tutur. Strategiya çərçivəsində həmçinin kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin hazırlanması və cəmiyyətimizin yüksək ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində mühüm işlər davam etdirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş“Rəqəmsal İnkişaf Konsepsiyası” dövlətin, biznes subyektlərinin və vətəndaşların məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əsashədəflər kimi müəyyən edilib”.

APA-Economics Samir Məmmədov Kibertəhlükəsizlik

Xəbər Lenti