Jurnalist Sevda Həsənova palataya köçürülüb, vəziyyəti stabildir

Tarix: 09 Feb 2026 10:23

1970-ci il təvəllüdlü Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.

Jurnalist Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanası palata əməliyyat

Xəbər Lenti