Kriptobirjada eniş: "Bitcoin"in qiyməti 70 min dollardan aşağı düşüb

Tarix: 10 Feb 2026 09:28

Kriptovalyuta bazarında son sutka ərzində eniş tendensiyası müşahidə olunub.

"APA-Economics" "CoinMarketCap"ə istinadən xəbər verir ki, bazarın ümumi kapitalizasiyası 1,07% azalaraq 2,38 trilyon ABŞ dolları təşkil edib.

Bazarın əsas aktivləri üzrə sutkalıq dinamika mənfi olub. Belə ki, Bitcoin (BTC) hazırda 69 724 ABŞ dolları səviyyəsində ticarət olunur. Bitcoin son sutkada 1,58% ucuzlaşıb.

İkinci ən böyük kriptovalyuta olan Ethereum (ETH) isə 0,75% geriləyərək 2 068 ABŞ dolları səviyyəsinə enib.

Digər əsas kriptoaktivlər - BNB-nin qiyməti 637 dolları (-0,63%), "Solana"nın (SOL) qiyməti 86 dollar (-0,77%) təşkil edib.

TRON (TRX) 0,41%, Dogecoin (DOGE) 0,90%, Bitcoin Cash (BCH) 0,65% ucuzlaşıb. Bununla belə, XRP 0,19% bahalaşaraq 1,44 dollar, Tether (USDT) sabit qalaraq 0,999 dollar təşkil edib.

Analitiklər bazarda son durumu qlobal risklərin artması və kripto bazarında satış təzyiqlərinin güclənməsi ilə izah edirlər.

Rahim Tarıverdiyev kriptovalyuta Bitcoin BTC kripto

Xəbər Lenti