Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 11:35
"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb.
Apasport.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər arasında razılıq əldə olunub.
Mövcud razılaşmaya əsasən, 21 yaşlı forvardın qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.
Nəriman Axundzadə Qarabağ MLS ABŞ Kolumbus Kru