Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 17:45
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Nəriman Axundzadənin ABŞ klubuna transferi barədə danışıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanov Misli Premyer Liqasının XIX turunda "Şamaxı" ilə səfərdə keçirilən matçdan sonra mətbuat konfransında ciddi danışıqların getdiyini bildirib: “Sona yaxınlaşırıq. Hələlik tam qərar verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə, təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara “yox” da demək olmur. Çalışırıq ki, oyunçuları oyunlara yaxşı hazırlayaq”.