Azərbaycan və Türkiyənin ortaq süni intellekt məhsulunun yaradılması təklif edilir

Tarix: 11 Feb 2026 11:28

Türkiyə və Azərbaycan şirkətləri ortaq süni intellekr strukturlu bir məhsul hazırlaya bilərlər.

“APA-Economics” xəbər verir ki, bunu "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda panel müzakirəsi zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) idarə heyəti sədrinin müşaviri Vurğun Hacıyev deyib.

“Məsələn, Türkiyədə maliyyə və fintech sahəsində müəyyən elementlər ola bilər ki, onları əlavə edib Azərbaycanda tətbiq etmək olar”, - deyə V.Hacıyev əlavə edib.

O qeyd edib ki, ən vacib məsələlərdən biri bu gün tədqiq edə biləcəyimiz əsas vizyon data üzərində fokuslanmaqdır:

“Məsələn, şirkətlər, xüsusilə data governance, data engineering və data science sahələrində fəaliyyət göstərənlər üzərində çox ciddi fokuslanmalıyıq.

Çünki Azərbaycanın növbəti inkişaf mərhələsi artıq kredit servisləri və hökumətin e-government 3.0 modelinə əsaslanacaq. Biz düşünürük ki, raw data-nı ciddi şəkildə emal edib AI sistemlərinə çevirə bilsək, növbəti səviyyəyə keçiləcək.

Bunun üçün müxtəlif alətlərə ehtiyac olacaq. Ona görə də bu prosesdə istər Türkiyə, istər digər türk dövlətləri Azərbaycan üçün çox maraqlıdır. Ən vacib məsələlərdən biri təcrübə paylaşmaq və Türkiyənin təcrübəsini öyrənməkdir.

Eyni zamanda təhsil sahəsində Türkiyədə süni intellektlə bağlı baş verənləri öyrənmək və implementasiya etmək istəyirik. Bu təkcə universitet səviyyəsində deyil, məktəblərdə də tətbiq olunmalıdır. Bu proses yalnız ali təhsillə məhdudlaşmamalıdır”.

Əşrəf Mehdiyev süni intellekt ikt

Xəbər Lenti