Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 17:42
Azərbaycanın data mərkəzi, yəni “dövlət cloudu” (red. - “hökumət buludu” ) tam şəkildə qurulub.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
O qeyd edib ki, ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılıb:
"“SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırmışdır. Misal olaraq qeyd edim ki, bu gün bizim vətəndaşlarımız bankda hər hansı bir depozit hesabın açılması və yaxud da artırılmasını - istənilən bank əməliyyatlarını banka getmədən aplikasiyalar üzərindən tam şəkildə həyata keçirə bilirlər".
Əşrəf Mehdiyev hökumət buludu məlumat