Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 17:31
"Ötən il ölkəmizdə nəqliyyat sahəsində artım 5 faiz, İKT sahəsində təxminən 8,5 faiz olmuşdur".
APA xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
"Sizin də haqlı olaraq vurğuladığınız kimi, artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələməkdədir. Süni intellektin yaxın 2030-cu ilə qədər yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları həcmində olmasını gözləyirik", - nazir vurğulayıb.