Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 18:43
Macarıstan səfirliyi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə macar qobelen ustası Juja Perelminin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisini təşkil edib.
APA xəbər verir ki, sərginin açılışında diplomatik nümayəndəliklərin, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Sərgini çıxış nitqi ilə açan Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, tədbir Azərbaycan və Macarıstan arasında onilliklər ərzində qurulmuş mədəni əlaqələr çərçivəsində həyata keçirilən layihələrin mühüm tərkib hissəsidir.
Macarıstanın səfiri Tamaş Yojef Torman qeyd edib ki, sərgi iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verəcək.
“Bizim üçün Azərbaycanın ən dəyərli sənət əsərlərini və mədəniyyət nümunələrini qoruyan bir müəssisə ilə birgə layihə həyata keçirmək, həm öz mədəniyyətimizi, həm də Macarıstan mədəniyyətini təqdim etmək böyük şərəfdir”, – deyə səfir vurğulayıb.
İlqar Xudiyev Xalça Muzeyi Macarıstan sərgi