ADY təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib - VİDEO

Tarix: 12 Feb 2026 10:56

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, 30 ildən artıq dəmir yollarında çalışan maşinist Xoşbəxt Hüseynov işinin məsuliyyətindən və qarşılaşdığı risklərdən danışıb.

ADY maşinistindən vacib çağırış: dəmir yollarında təhlükəsizlik hər kəsin məsuliyyətidir.

Məlumata görə, hərəkət zamanı insanların qəfil yola çıxması və təcili tormozlama qatar heyəti və sərnişinlərdə qorxu, stres və həyəcan yaradır.

"Təhlükəsizlik qaydalarının pozulması həm də insanlar və qatarlara ciddi ziyan dəyməsi ilə nəticələnir", - məlumatda qeyd olunur.

© APA | ADY təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib

Emil İsmayılov ADY dəmir yolları

Xəbər Lenti