Saymon Stil Azərbaycana təşəkkür edib

Tarix: 12 Feb 2026 18:41

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMİDÇK / UNFCCC) İcraçı katibi Saymon Stil Azərbaycana təşəkkür edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Stil COP31-ə hazırlıq çərçivəsində İstanbulda keçirilən mətbuat konfransında çıxışı zamanı COP30-a sədrlik edən Braziliyaya və COP29-a sədrlik edən Azərbaycana təşəkkürünü bildirib.

O, həmçinin Antalyada keçiriləcək COP31-in də səmərəli olacağını vurğulayıb:

“Hazırda COP30-a sədrlik edən Braziliyaya və COP29-a sədrlik edən Azərbaycana təşəkkür edirəm. Aydındır ki, Antalyada keçiriləcək COP31 fövqəladə bir dövrdə baş tutacaq. Biz yeni bir qlobal nizamsızlıq mühitinin içindəyik. Bu, qeyri-sabitlik və etimadsızlıq dövrüdür. Güc nümayişlərinin və ticarət müharibələrinin yaşandığı bir dövrdür. Beynəlxalq əməkdaşlıq anlayışı birbaşa hücum altındadır. Lakin iqlim tədbirləri qeyri-sabit dünyaya sabitlik gətirə bilər”- Saymon Stil qeyd edib.

Dəryanur Cəfərova BMT Saymon Stil Azərbaycan COP31 COP29

Xəbər Lenti