Şənbə, 14 Ferval, 2026
Tarix: 13 Feb 2026 23:01
Türkiyə Super Liqasında XXII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə lider "Qalatasaray" meydana çıxıb.
Komanda "Eyüpspor"u qəbul edib. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.
Hesab erkən açılıb. Yunus Akgün fərqlənib. İlk hissənin sonlarında Mauro İkardi adını tabloya yazdırıb. Argentinalı forvard ikinci yarıda öncə dubl, daha sonra het-trik müəllifi olub. Qonaqların gücü yalnız təsəlli topuna çatıb. Metehan Altunbaş fərqlənib. Görüşün sonlarında Ceremi Onqenenin avtoqolu isə yekun nəticəni müəyyənləşdirib - 5:1.
Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə liderlik edir. "Fənərbaxça" 49 xalla ikinci, "Trabzonspor" 45 xalla üçüncü pillədə qərarlaşıb.
ApaSport