2025-ci ildə 19 mindən artıq hərbi vəzifəli toplanışlara cəlb edilib

Tarix: 14 Feb 2026 14:28

2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.

APA xəbər verir ki, bu barədə bu gün Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib.

Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.

Emin Şirvanzadə Müdafiə Nazirliyi hərbi vəzifəli toplanışlar

Xəbər Lenti