İqor Tudor "Tottenhem"in baş məşqçisi təyin olunub

Tarix: 14 Feb 2026 17:10

"Tottenhem"in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Həmin posta İqor Tudor gətirilib.

Mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, komanda hazırda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Tottenhem İqor Tudor baş məşqçi

Xəbər Lenti