Zaqatalada ev yanıb

Tarix: 05 Feb 2024 13:05

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın səhər saatlarında rayonun Aşağı Tala kəndində, kənd sakini Rübabə Kərim qızı Ərəbovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları və orada olan ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti