“Fənərbaxça” səfərdə “Trabzonspor”u məğlub edib

Tarix: 14 Feb 2026 23:10

Türkiyə Super Liqasında XXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Trabzonspor” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.

Matç ev sahibi komandanın üstünlüyü ilə başlayıb. Qara dəniz təmsilçisinin heyətində 6-cı dəqiqədə Ernest Muçi hesabı açıb. Bu qoldan az sonra “sarı-lacivərdlilər” Anderson Taliska ilə hesabı bərabərləşdirib.

34-cü dəqiqədə Kerem Aktürkoğlu “Fənərbaxça”nı önə keçirib. Komandalar fasiləyə Paul Onuaçunun 43-cü dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə yollanıblar.

İkinci hissədə hücumlarını artıran Domeniko Tedeskonun rəhbərliyi altındakı kollektiv Marko Asensionun qolu ilə oyunda son nöqtəni qoyub.

Görüş “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə Super Liqası XXII tur 15:30. “Gənclərbirliyi” - “Rizəspor” - 2:2 18:00. “Alanyaspor” - “Konyaspor” - 2:1 21:00. “Trabzonspor” - “Fənərbaxça” - 2:3

ApaSport

Xəbər Lenti