Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb

Tarix: 05 Feb 2024 17:41

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb.

APA xəbər verir ki, bu barədə Səfirliyin “X” platformasındakı səhifəsində bildirilib.

“7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Səfirliyimizdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələri yaradılıb”, – məlumatda qeyd edilib.

Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb
Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb
Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb

Mənbə: apa.az

Xəbər Lenti